"Trabzonspor" hücumçu axtarışını davam etdirir.

Rekord.az xəbər verir ki, "bordo mavilər" İngiltərənin Çempionşip təmsilçisi "Stok Siti"də çıxış edən Benik Afobeni heyətinə qatmaq istəyir.

Trabzonlular 27 yaşlı hücumçunu 1 illik icarəyə götürmək üçün təklif göndərib. Konqo əsilli ingilis futbolçunun yaxın günlərdə Türkiyəyə gələcəyi gözlənilir.

"Stok Siti" Afobeni 2019-cu ilin yanvarında "Vulverhempton"dan 13,5 milyon avroya transfer edib.