
“Stadionun ot örtüyü bizim üçün bəhanə deyil” - Neestrup
- 18:30
- 37
Danimarka təmsilçisi “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
"Stadionun ot örtüyü yaxşı ola bilərdi. Amma bu, bəhanə deyil. Normaldır. Məqsədimiz qələbə qazanmaqdır. Rəqibimizə hörmət edirik. Çempionlar Liqasındakı bütün komandalar güclüdür. "Qarabağ" avrokuboklarda mütəmadi çıxış edir. Onların hücum xəttində yaxşı oyunçular var. Səyahətimiz yaxşı keçib və sabahkı matça tam hazırıq".
"Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.