İtaliya millisinin zədəli futbolçusu Leonardo Spinazzola əməliyyat olunacaq.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin əməliyyatı Finlandiyada olacaq.

Daha əvvəl isə Spinazzolanın 1 il yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.

Qeyd edək ki, Spinazolla Avro-2020-nin 1/4 finalında Belçika ilə matçda (2:1) zədələnib.