Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, əvvəlki turlardan vaxtı dəyişdirilmiş bu qarşılaşmada "Murov Az Terminal" və "Abşeron" klubları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. İlk iki setdə daha dəqiq oynayan "Murov Az Terminal" 2:0 irəli keçib. Eyni gerginlikdə keçən növbəti hissəni isə "Abşeron" kollektivi aktivinə yazdırıb və ümumi hesabı 2:1 edib. Lakin təşəbbüsü yenidən ələ alan "Murov Az Terminal" dördüncü setdən də qalib ayrılıb. Beləliklə, 4 hissə davam edən qarşılaşmada "Murov Az Terminal" 3:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, "AZERRAIL" və " Abşeron" 15 xalla 1-ci və 2-ci yerleri bölüşürlər. Xallarının sayını 12-yə çatdıran"Murov Az Terminal" 3-cü, 9 xalı olan "Gəncə" 4-cü, 3 xalı olan"Milli Aviasiya Akademiyası" 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.

16 dekabr
Yüksək Liqa
"Murov Az Terminal" - "Abşeron" 3:1 (28:26, 25:22, 29:31, 25:17)