Çempionumuz avrokubokda mübarizəni dayandırdı
- 01:40
- 44
Voleybol üzrə kişilərdən ibarət "AZERRAIL" klubu avrokubokda mübarizəni dayandırdı. "Rekord.az" xəbər verir ki, komandamızın CEV Volleyball Cup-da 1/32 final mərhələsində rəqibi Niderlandın "Orion Stars" kollektivi olub.
Cütün ötən həftə Bakıda keçirilmiş ilk qarşılaşmasında qonaqlar 3:1 hesabıyla qalib gəlmişdilər. Niderlandda baş tutan cavab matçı isə rəqibin quru hesablı üstünlüyü ilə yekunlaşıb. Bununla da, son ölkə çempionatının qalibi bu mövsümdə avrokubokda mübarizəni dayandırıb.
CEV Volleyball Cup
1/32 final (cavab oyunu)
“Orion Stars” - “ AZERRAIL” 3:0 (25:14, 25:12, 25:19)
İlk oyunun nəticəsi
“AZERRAIL” - “Orion Stars” 1:3 (25:23, 18:25, 24:26, 26:28)