Mövsümün sonunda "Qarabağ"la müqaviləsinin müddəti bitən Elvin Cəfərquliyev Ağdam klubu ilə yeni müqavilə bağlayacaq.

Rekord.az-a daxil olan məlumata görə, tərəflər demək olar ki, bütün məsələlərdə razılığa gəliblər.

Futbolçunun maaşı artırılacaq, o isə yeni, 3 illik müqaviləyə imza atacaq.