AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 20-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Ağstafa Gəncləri” – “Quba” oyununda “Ağstafa Gəncləri” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.


“Ağdaş” – “Araz Saatlı” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.


“Şəmkir” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilib.