Akademiyalara "ulduz"ların verilməsi nə vaxta qaldı?
- 14:05
- 83
AFFA bu ildən klub akademiyaları arasında "5-Ulduz Akademiya İnkişaf Modeli" layihəsinə start verib.
Rekord.az xəbər verir ki, xüsusi qrup bütün akademiyaların qiymətləndirməsini apararaq onlara 1-dən 5-ə qədər ulduz verəcək.
Bununla da kimin uşaq futbolu üçün daha səmərəli fəaliyyət göstərdiyi aşkarlanacaqdı. Lakin aldığımız son məlumata görə, bu dəyərləndirmə aparılsa da, ulduz qiymətləndirilməsi gələn ilə qədər təxirə salınıb. Federasiya bu məsələdə daha detallı araşdırma aparmağa və yalnız bundan sonra ulduz qiymətləndirməsi etməyə qərar verib.