Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirilib.

Rekord.az xəbər verir ki, nəticədə mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşib.

Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn türklər DÇ-2026-nın final mərhələsinə yüksəlib. Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.

Bu gecə həmçinin İsveç Polşanı üstələyib. Çexiya Danimarkanı, Bosniya və Herseqovina isə İtaliyanı penaltilər seriyasında məğlub edib.

DÇ-2026, pley-offun finalı
31 mart

Bosniya Herseqovina – İtaliya 1:1 (penaltilər 4:1)
Qollar: Tabakoviç, 79 – M.Kin, 15.

İsveç – Polşa 3:2
Qollar: Elanqa, 19. Laqerbielke, 44. Dyökereş, 88 – Zalevski, 33. Sviderski, 55.

Kosovo – Türkiyə 0:1
Qol: K.Aktürkoğlu, 53.

Çexiya – Danimarka 2:2 (penaltilər 3:1)
Qollar: Şults, 3. Kreyçi, 100 – Andersen, 72. Hoq, 111.