AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 19-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Səbail” – MOİK oyununda “Səbail” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.


“Səbail” – MOİK oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilib.


“Səbail” – MOİK oyununda MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə MOİK komandası 450 manat cərimə edilib.


“Şəfa” – “Şahdağ Qusar” oyununun 26-cı dəqiqəsində “Şəfa” komandasının 6 nömrəli futbolçusu Xəyal Tomarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Şəfa” komandası 300 manat cərimə edilib.


“Şəfa” – “Şahdağ Qusar” oyununun 90+3-cü dəqiqəsində “Şahdağ Qusar” komandasının 19 nömrəli futbolçusu Aqostinyo Çipesse təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Şahdağ Qusar” komandası 900 manat cərimə edilib.