Siyəzən rayonun Bayraq meydanında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayon gənclər və idman sektorunun təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş boccia idman növü üzrə Siyəzən rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnirin açılışında oyun qaydaları, keçirilməsi məqsədləri iştirkaçıların diqqətinə çatdırılmış və turnirə start verilmişdir.

Turnirdə Siyəzən rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər iştirak etmişlər. Sonda bütün iştirakçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən serifikatlarla təltif edilmişlər.