
“Sivasspor”da yeni baş məşqçi
- 01 Yan 2024 21:30
- 305
“Sivasspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az Super Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı Bülənt Uyğun çalışdıracaq.
O, bu vəzifədə Sərvət Çətini əvəzləyib.
Bülənt Uyğun 2005-2009-cu illərdə də “Sivasspor”da çalışıb. O, 2005-2008-ci illərdə köməkçi məşqçi, 2008-2009 mövsümündə isə baş məşqçi olub.