Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone koronavirusa qalib gəlib.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Koronavirusdan sağalan argentinalı mütəxəssis komandanın son məşqində iştirak edib.

Simeonenin sentyabrın 13-də verdiyi koronavirus testinin nəticəsi müsbət çıxmışdı və o, karantinə alınmışdı.