Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olan voleybolçuların sayı artır. "Rekord.az" xəbər verir ki, Şimali Kipr Türk Respublikasından yarışda iştirak etmək məqsədilə Adıyamana gələn 12-15 yaşlarında qız və oğlanlardan ibarət voleybol kollektivindən 16 nəfərin cansız bədəni dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasının Gazimağusa Türk Maarif Kolejininin şagirdləri "Okul Sporları Türkiye finalleri"ndə iştirak etmək üçün Adıyamana gəlmişdilər. Kollektivdə ümumilikdə 24 şagird, 3 müəllim və 8 valideyn olub. Onların qaldığı otel də tamamilə uçan binalar sırasındadır.