
“Şimal”, “Lerik” və “Ağdaş” mövsümü qələbə ilə başa vurdular
- 20 May 2025 20:45
- 57
2-ci Liqada mövsümün sonuncu - 26-cı turuna start verilib.
Rekord.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.
“Füzuli” “Lerik”ə, “Kür-Araz” isə “Ağdaş”a məğlub olub. “Şimal” da “Göygöl”lə oyundan qələbə ilə ayrılıb.
2-ci Liqa
26-cı tur
20 may
“Füzuli” – “Lerik” 0:1
Qol: Zaur Nuruzadə, 79.
“Kür-Araz” – “Ağdaş” 1:4
Qollar: Elxan Məmmədov, 57-pen - Vasif Nəsirov, 4. Araz Kərimxanov, 9. Elçin Süleymanov, 21. Ülvi Sarıyev, 40.
“Şimal” – “Göygöl” 2:0
Qollar: Tofiq Nəsibov, 56. Ceyhun Kəlbəliyev, 87.