“SFA Federasiya Kuboku 2025” uğurla başa çatıb
- 09 Noy 2025 23:00
- 27
Azərbaycan Yelkən Federasiyasının (SFA) Yelkən Mərkəzində keçirilən "SFA Federasiya Kuboku 2025" yarışı uğurla yekunlaşıb.
Rekord.az xəbər verir ki, yarışlar hər gün saat 10:00–17:00 aralığında baş tutub.
Turnir çərçivəsində 9 noyabr saat 18:00-da mükafatlandırma mərasimi keçirilib və qaliblər müxtəlif siniflər üzrə təltif olunublar.
ILCA 4 sinifi
I yer - Davud Babazadə
II yer - Ameliya Əliyeva
III yer - Nəzrin Məmmədova
Optimist Junior sinifi
I yer - Ece Deniz Gursel (ARM Urla, Türkiyə)
II yer - Kamilla Həsənova
III yer - Ayaz Yılmazer
Optimist Qızlar sinifi
I yer - Nehir Uygur (ARM Urla, Türkiyə)
II yer - Emel Məmmədli
III yer - Yağmur Həsənli
Optimist Ümumi sinifi
I yer - Kamal Bəşirli
II yer - Nurlan Ağazadə
III yer - Nehir Uygur (ARM Urla, Türkiyə)
Tədbirdə çıxış edən Federasiya Prezidenti Qüdrət Qurbanov deyib ki, bu il qoşulanlar arasında qızlar çoxdur. O, yarışda iştirak edən bütün yelkənçiləri təbrik edib və qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Q.Qurbanov bildirib ki, Federasiya ölkədə yelkən idmanının inkişafını dəstəkləmək və yeni nəsil idmançılar yetişdirmək məqsədilə fəaliyyətini davam etdirəcək.