Şeydayev "Çorum"a təklif olunub! - ÖZƏL
- 11:44
- 47
"Qarabağ"a növbəti qayıdışı uğursuz alınan Ramil Şeydayevin yayda komandadan ayrılması gözlənilir. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, futbolçu artıq özünə klub axtarmağa başlayıb.
Ramilin agentləri onu ilk olaraq Türkiyə bazarına çıxarmaq fikrindədirlər. 2 il əvvəl "Kocaelispor"da, 10 il əvvəl isə "Trabzonspor"da oynaması və oralara az da bələd olması bu variantın şanslarını yüksəldib. Şeydayevin xidmətlərində maraqlı ola biləcək əsas klub isə "Çorumspor"dur. Ötən il Coşqun Diniyevin də şərəfini qoruduğu komanda hazırda Türkiyə 1-ci Liqasında mübarizə aparır və Superliqaya yüksəlməkdə iddialıdır. Son nəticədən asılı olmayaraq yayda yenilənməyi planlaşdıram çorumluların siyahısında Şeydayev də var.