Futbol üzrə Argentina yığmasının sabiq üzvü, bu yay İspaniyanın “Sevilya” klubundan ayrılan Ever Baneqanın yeni komandası müəyyənləşib.

Rekord.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra karyerasını Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda davam etdirəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. O, yeni klubuna azad agent statusu ilə keçib.

“Boka Xuniors”un yetirməsi olan Baneqa, karyerası ərzində “Valensiya”, “Atletiko” (Madrid), “Nyuels Old Boys”, “İnter” klublarında da forma geyinib.