
“Sevilya” yeni baş məşqçisini rəsmən açıqladı
- 11:30
- 41
“Sevilya” Matias Almeydanın baş məşqçi vəzifəsinə təyinatını rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqa təmsilçisi mütəxəssislə 3 illik müqavilə imzalayıb.
51 yaşlı məşqçi daha əvvəl Argentinada “River Pleyt”, “Banfild”, Meksikada “Çivas”, ABŞ-də “San Xose”, son olaraq Yunanıstanda AEK-də çalışıb.
“Sevilya” La Liqada mövsümü 17-ci sırada bitirib.