"Sevilya" "Bavariya"nın müdafiəçisi Tanqi Nyanzunu transfer edib. 

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə imzalanan müqavilə 2027-ci ilin iyununa qədərdir.

Bu transfer üçün "Sevilya" 16 milyon avro təzminat ödəyib. Daha 4 milyonu isə bonuslar şəklində ödənilə bilər.

Qeyd edək ki, Nyanzu ötən mövsüm "Bavariya"nın heyətində 22 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.