Ümumtəhsil məktəblərinin voleybol komandaları arasında oktyabr ayında Şərur rayonunda anadan olmuş şəhidlərin xatirəsinə həsr olunmuş rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Alışar kəndində reallaşan birincilikdə 14 komandadan ümumilikdə 112 məktəbli iştirak edib.

Məqsəd şəhidlərin əziz xatirəsini yad etmək, gənclərə vətənpərlik ruhu aşılamaq və rayonda voleybol idman növünü inkişaf etdirməkdən ibarət olub. Nəticələrə gəlincə, Püsyan kənd tam orta məktəbin komandası I, Alışar kənd tam orta məktəbin komandası II, Kərimbəyli kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.