Naxçıvan MR Şərur rayonunun Şərur Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin voleybol komandaları arasında rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə 12 komandadan ümumilikdə 120 məktəbli iştirak edib.

Yarışın qalibi adını Püsyan kənd tam orta məktəbi qazanıb.İbadulla kənd tam orta məktəbi 2-ci,  Kərimbəyli kənd tam orta məktəbi isə 3-cü pilləni tutub.