“Fiorentina”nın və Serbiya yığmasının hücumçusu Duşan Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, 21 yaşlı futbolçu “Atletiko”nun maraq dairəsinə düşüb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Madrid klubunun skautları mövsümün sonuna qədər Vlahoviçin oyunlarını izləyəcək.

Vlahoviçlə İtaliyanın “Milan” və “Roma” klubları da maraqlanır.

Hücumçu bu mövsüm A Seriyasında 28 oyunda 13 qol vurub.