"Sumqayıt"ın növbəti legionerlə anlaşmasını dünən xəbər vermişdik.

Rekord.az xəbər verir ki, “Kimyaçılar” axtardığı hücumçunu Serbiyada tapıb. .

"Gənclik şəhəri" təmsilçisi "Çukariçki"də çıxış edən Almir Aganspahiçi heyətinə qatıb.

Serbiya klubu rəsmi “instaqram” səhifəsində bununla bağlı paylaşım edib və Almir haqda bunları yazıb: "Çukariçki"nin hücumçusu Almir Aganspahiç mövsümün sonuna kimi “Sumqayıt”a icarəyə verilib. Bir neçə yerli klub Sarayevoda doğulan futbolçunu icarəyə götürməkdə maraqlı idi. Lakin ən konkret və israrlısı “Çukariçki”nin ötən mövsüm Konfrans Liqasındakı rəqibi komanda oldu".

1996-cı il təvəllüdlü forvard Bosniya və Hersoqovinanın U-17, U-18 və U-21 yığmalarının formasını geyinib.