Sent Lusiya millisinin futbolçusu: "Azərbaycandan təklif gəlsə..."
- 11:00
- 45
Bu gün Azərbaycan millisi ilə üz-üzə gələcək Sent Lusiya millisinin futbolçusu Filip Donovan Azərbaycanda oynamaq perspektivi haqda danışıb.
Rekord.az-a açıqlamasında o, bu fikirləri söyləyib: "İndi bu suala cavab vermək çətindi. Hazırda ABŞ-da çıxış edirəm və hazırkı klubumda özümü xoşbəxt hesab edirəm. Amma gələcəkdə hansısa Azərbaycan klubundan təklif olarsa, bu haqda da düşünmək olar".
Futbolçu ölkəmizi bəyəndiyini də dedi: "İlk dəfədi bu ölkədə oluram. Azərbaycan çox xoşuma gəldi. Buranı Dubayla müqayisə edirdilər. Həqiqətən də elədir. Oyundan sonra yəqin ki, gəzmək imkanımız da olacaq."
Qeyd edək ki, Donovan ABŞ-ın "Kolorado Rapids" klubunda forma geyinir.