Sent Lusiya millisinin baş məşqçisi Nəriman Axundzadəyə nə məsləhət gördü?
- 18:47
- 53
Sabah Azərbaycan millisi ilə üz-üzə gələcək Sent Lusiya millusinin baş məşqçisi Stern Con bu yaxınlarda ABŞ-ın "Kolorado Kru" klubuna transfer olunan Nəriman Axunzadə ilə bağlı sualı cavablandırıb.
Rekord.az xəbər verir ki, trinidad tobaqolu mütəxəssis sözügedən klub və futbolçumuz haqda xoş sözlər söyləyib: "Çox yaxşı klubdu. Gözəl azarkeşləri, gözəl stadionları var. Futbol oynamaq, inkişaf etmək üçün bütün şəraitə malikdi. Sadəcə işinə peşəkar yanaşmalı, bütün fikirini futbola yönəltməlisən. Sizin futbolçunun bu kluba keçidindən də xəbərim var, deyim ki, Nəriman bu klub üçün vacib futbolçudur".
Qeyd edək ki, Con özü də vaxtı ilə "Kolorado Kru" klununda çıxış edib və aparıcı futbolçulardan olub.