
Şəmkirdə gimnastika üzrə tədbir keçirilib
- 12:45
- 30
Şəmkirdə uşaqlar arasında "Gimnastika hamı üçün" silsilə idman tədbirləri keçirilib.
Rekord.az xəbər verir ki, idman tədbirlərində ümumilikdə 22 nəfər uşaq iştirak edib.
İdman tədbirinin sonunda fəal iştirak edən uşaqlara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.