Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Səmədova Rusiya çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Leninqradka" 7-ci tur çərçivəsində "Uraloçka" ilə üz-üzə gəlib. 

Doğma meydanda baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. 3 set davam etmiş qarşılaşmada Liza və rəfiqələri quru hesablı məğlubiyyətə üzülüblər.

Sankt-Peterburq təmsilçisinin xalsız qaldığı oyunda millimizin üzvü qonaqları 10 dəfə məyus edib. Səmədova xalların hamısını hücumda qazanıb.