"Sabah"ın futbolçusu Polşa millisinə çağırıldı
- 17:00
- 36
"Sabah"ın müdafiəçisi Timoteuş Puxaç UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün Polşa millisinin heyətinə çağırılıb.
Rekord.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyası məlumat yayıb.
Millinin baş məşqçisi Yan Urban 27 yaşlı futbolçunu sentyabr-oktyabr toplanışının heyətinə daxil edib.
Bununla da, Puxaç təxminən iki ildən sonra Polşa millisinin heyətinə qayıdıb. O, sonuncu dəfə 2024-cü il noyabrın 18-də millidə oynayıb. Puxaçın debütü isə 2021-ci il iyunun 1-də Rusiya ilə yoxlama görüşündə (1:1) olub.
Qeyd edək ki, Polşa millisi qarşıdakı toplanış çərçivəsində Millətlər Liqasında 4 oyun keçirəcək. Sentyabrın 25-də Bosniya və Herseqovinanı qəbul edəcək komanda sentyabrın 28-də səfərdə İsveçlə, oktyabrın 2-də evdə Rumıniya ilə qarşılaşacaq. Oktyabrın 5-də isə Bosniya və Herseqovina ilə səfərdə oynayacaq.