“Ağır məğlubiyyət oldu” – “Qəbələ”nin məşqçisi
- 21:00
- 36
“Qəbələ” bu gün Misli Premyer Liqasının 6-cı turunda “Neftçi”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olan “qırmızı-qaralar”ın məşqçisi Amil Ağacanovun oyundan sonra mətbuat konfransı keçirilib.
Ağacanov ağır məğlubiyyət olduğunu bildirib:
“Ağır məğlubiyyət oldu. Deyiləsi sözlərimiz çoxdur. Rəqibi təhlil etmişdik və bilirdik çox təhlükəli oyunçuları var. 0:1-ə kimi yaxşı oynayırdıq. Aqressiya var idi oyunda. Əfsuslar olsun ki, ağır məğlubiyyət oldu. Rəqibin oyunçularının keyfiyyəti daha yüksək olduğundan, boşluqlardan istifadə etdi.
Qapıçı seçəndə kimisə birinci olacaq kimi seçmirik. Kim yaxşı olacaqsa, o da oynayacaq. Hazırda Səlahət Ağayevdən razıyıq”.