Yarımfinal oyunları start götürür
- 19:00
- 36
“Sabahın ulduzları” Bakı Kuboku uğrunda yarışların əsas mərhələsi başa çatıb.
Əsasnaməyə görə, qruplarda 1-4-cü yeri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Rekord.az xəbər verir ki, U-14 yaş qrupunda yarımfinal oyunları Sentyabrın 19-da keçiriləcək. Bu mərhələdə “Qarabağ” “Ulduz”la, “Neftçi” isə “Sabah”la qarşılaşacaq.
İlk oyun saat 17:00-da, ikinci oyun isə saat 19:00-da başlayacaq. Hər iki oyun Bayıl stadionunda – Futbol İnkişaf Mərkəzində keçiriləcək.
U-14. Yarımfinal
19 sentyabr
17:00. “Qarabağ” – “Ulduz”
19:00. “Sabah” – “Neftçi”