“Qarabağ”ın legioner futbolçularından bir neçəsi ölkəsinin yığma komandasına dəvət alıb.


Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.


Xəbərdə vurğulanır ki, Marko Yankoviç Monteneqro, Bense Varkonyi Macarıstan, Martin Zlomisliç Bosniya və Herseqovina, Renaldo Sefas Yamayka, Bruno Lanqa Mozambik milli komandalarına dəvət alıblar.


Klub futbolçularına qarşıdakı görüşlərdə uğurlar arzulayıb.