“Kəpəz”in səfər oyunları kinoteatrda nümayiş olunacaq
- 14:20
- 38
“Kəpəz” PFK və “CineMastercard” kinoteatrlar şəbəkəsi arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.
Rekord.az xəbər verir ki, razılaşmaya əsasən, “sarı-göylər”in Misli Premyer Liqasındakı səfər oyunları “Gəncə Mall”da yerləşən “CineMastercard" kinoteatrında nümayiş olunacaq.
Oyunlar kinoteatrın 5-ci zalında göstəriləcək. 135 oturacağa malik bu zal uzunluğu 11, eni 8 metr olan yeni nəsil “Barco” proyekteri və müasir səs sistemləri ilə təchiz edilib.
Futbol həvəskarları “CineMastercard”da “Kəpəz”in ilk matçını artıq oktyabrın 9-da izləyə biləcəklər. Gəncə təmsilçisi həmin gün saat 16-da səfərdə “Araz-Naxçıvan”la qarşılaşacaq. Biletlər oyundan bir neçə gün öncə "CineMastercard" kinoteatrının kassalarında satışa çıxarılacaq.