“Səbail” bu yay ilk transferini həyata keçirib. Rekord.az xəbər verir ki, “dənizçilər” “Zirə” ilə yollarını ayıran Şəhriyar Rəhimovu heyətə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, köhnə-yeni komandasının heyətində “13” nömrəli formanı geyinəcək.

“Səbail” Azərbaycan yığmasında da oynamış sol cinah müdafiəçisi üçün yad komanda deyil. Belə ki, Rəhimov 2018-2020-ci illər aralığında məhz bu komandada forma geyinib. O, “Zirə”yə də məhz “Səbail” transfer olunmuşdu.