Şəhidlərin xatirəsinə həsr olunan futbol turniri keçirilib
- 16:44
- 41
İyunun 27-də Abşeron Olimpiya İdman Kompleksinin meydançasında şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib. "Rekord.az" xəbər verir ki, yarış "Xan Çinar" Futbol Klubunun təşkilatçılığı ilə baş tutub.
4 komandanın iştirak etdiyi turnirin finalında "Araz Cəbrayıl"la "Xan Çinar" qarşılaşıb. Qarşılaşma "Xan Çinar"ın 7:2 hesablı qələbəsiylə başa çatıb.
Yarışın bağlanış mərasimində şəhid övladları, yoldaşları və valideynləri, I və II Qarabağ müharibəsi qaziləri iştirak ediblər.