
"Səbail"dən yeni transfer
- 18 Avq 2022 20:39
- 471
"Səbail" heyətini yeni oyunçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı müdafiəçi Petro Stasiuk Bakı təmsilçisi ilə anlaşıb.
Premyer Liqa təmsilçisi onunla 2022/2023 mövsümünün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi "Minay", "Mariopol", "Jemçujina" və "Balkani"də oynayıb.