“Səbail”dən yeni transfer
- 17:30
- 36
2026/27-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi Bahadur Həziyevlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Bahadur Həziyev əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub. Onun son klubu "Mingəçevir" olub.