“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, paytaxt klubu “Sumqayıt”ın hücumçusu Amil Yunanovu transfer edib.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yunanov karyerası ərzində “Qəbələ”, “Neftçala”, “Rəvan” və “Keşlə” klublarının da uğurları üçün çalışıb.