
“Səbail”də gərginlik artır
- 22 Sen 2020 14:00
- 1292
“Səbail”də gərginlik günbəgün artır.
Rekord.az-a daxil olan son məlumata görə, 3 aydır ki, normal maaş ala bilməyən futbolçular artıq vəziyyətin dözülməz olduğunu bildirib.
Baş məşqçi Aftandil Hacıyev də rəhbərliyə futbolçuları qınamağın mənasız olduğunu bildirib. Rəhbərlik keçən həftə borcların bir qisminin bağlanacağına dair söz versə də sözünü tutmayıb. Futbolçular indi də gözlərini bu həftəyə dikiblər.
Qeyd edək ki, “Səbail” cari mövsümə uğursuz başlayıb və keçirdiyi hər üç oyunda məğlub olub.