“Səbail” daha bir sabiq oyunçusunu heyətinə qatdı
- 22:15
- 35
Heyətini gücləndirməkdə davam edən “Səbail” PFK növbəti transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, son olaraq Premyer Liqada “Karvan”da çıxış etmiş Vüsal Məsimovla 1+1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsüm Premyer Liqada 17 oyuna çıxmış və 2 qol ötürməsi ilə yadda qalan 26 yaşlı cinah müdafiəçisi 2024/2025 mövsümündə “Səbail”də çıxış edib.