"Şaxtyor" indi də Polşaya köçür
- 12 May 2022 10:21
- 508
Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Bu da idman yarışlarında bəzi problemlərə səbəb olub.
Rekord.az xəbər verir ki, gələn mövsüm Çempionlar Liqasında çıxış etməli olan "Şaxtyor" oyunlarını Polşada keçirəcək.
Bu məlumatı klubun idman direktoru Dario Srna verib. Donekts təmsilçisinin rəsmisi müharibənin davam edəcəyi təqdirdə, bu versiya haqda düşünəcəklərini bildirib:
"Oyunları Polşada keçirə bilərik. Əlbəttə ki, Varşavada oynamağı düşünürük. Amma hansı stadionda bu, bəlli deyil".