"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Kəpəz"lə oyunda qırmızı vərəqə alaraq meydançadan qovulan Vüqar Mustafayevi cəzalandırmayacaq.

Rekord.az xəbər verir ki, baş məşqçi bunu məsuliyyətsiz hərəkət yox, oyun epizodu kimi qəbul edib.

Qeyd edək ki, "Sumqayıt" həmin görüşdən 1:0 qalib ayrılıb.