Keysuki Hondanın hazırlıq səviyyəsi və oyunu Samir Abasovun ürəyincə deyil.

Rekord.az-a daxil olan məlumata görə, "Neftçi"nin baş məşqçisi yaponiyalı futbolçunun komandaya kömək etmək iqtidarında olmadığı qənaətindədir.

Abasov bununla bağlı fikirlərini rəhbərliyə çatdırıb. Hondanın artıq çəkisinin olması və ləngliyi Abasovu narazı salan əsas məqamdır.