
Samir Abasov D'Almeyda transferini dəyərləndirdi: "Qışdan nəzarətimizdə idi"
- 10:00
- 35
"Neftçi"nin baş məşqçisi Samir Abasov yeni transfer Sessi D'Almeydanın keçidini dəyərləndirib.
Rekord.az xəbər verir ki, baş məşqçi bu transferin əvvəldən onların hədəfində olduğunu bildirib: "Sessinin klubu ilə müqaviləsi var idi. Onunla danışıqlarımız çoxdan gedirdi, qışdan bizim nəzarətimizdə idi. Şükürlər olsun ki, ilk transfer olaraq, bizə problemsiz qoşuldu. Bildiyiniz kimi, həm də milli üzvüdür və ordan da bir pauzası var idi. Dayaq yarımmüdafiəçisidir, həddindən artıq aqresiyası, döyüşkənliyi, əzmkarlığı ilə seçilən futbolçudur. Hansı ki, bu yöndə problemlərimiz var idi. İnanırıq ki, gözlədiyimizdən daha artığını üzərinə qoyub ona olan ümidlərimizi doğuruldacaq".