
“Şamaxı”dan növbəti transfer
- 11 İyl 2025 20:20
- 43
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı futbolçu Rikardo Apolinarionu heyətinə qatıb.
26 yaşlı yarımmüdafiəçi ilə 2 illik (1+1) müqavilə imzalanıb. Rikardo son olaraq Portuqaliyanın “Unian Santarem” klubunda çıxış edib.
"Şamaxı" daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike, David Santosu da transfer etmişdi.