Şamaxı rayonunda "Heydər Əliyev İli"nə həsr olunmuş cüdo üzrə 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında yoldaşlıq görüşü keçiriləcək.

Rekord.az xəbər verir ki, görüş 20 may, saat 11:00-da başlanacaq.

Məkan isə Elxan Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbi olacaq.