
“Şamaxı” üçün əlamətdar oyun
- 14:45
- 47
Misli Premyer Liqasının VII turu "Şamaxı" üçün əlamətdar olub.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşımış klub Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yubiley matçında "Qəbələ"ni səfərdə 1:0 hesabı ilə məğlub edib.
"Şamaxı" 700 görüşdə 295 qələbə qazanıb, 197 heç-heçə edib və 218 dəfə uduzub. 869 qol vuran komanda 714 top buraxıb.
Bu həm də 350-ci səfər sınağı olub. Rəqib meydanlarında 122-ci qələbəsini qazanan komanda 98 heç-heçə edib və 130 məğlubiyyət alıb. 402 qola sevinən şamaxılılar 434 top buraxıb.
Qeyd edək ki, ilk oyunu 1999/2000 mövsümünə təsadüf edən "Xəzər Universiteti" 1999-cu il oktyabrın 29-da evdə "Şəfa"ya uduzub – 0:1. İlk səfər isə noyabrın 13-də "Şəmkir"lə görüşə təsadüf edib – 0:6.