"Şamaxı" icarə müddəti başa çatan Cəlal Hüseynovla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi məxsus olduğu Bolqarıstanın “Arda” klubuna qayıdıb.
Hüseynov ötən mövsümün yarısından "Şamaxı"da çıxış edirdi.