"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında unikal nailiyyətə imza atıb.


Rekord.az xəbər verir ki, 32 yaşlı forvard çempionat tarixində eyni mövsümdə ən yaxşı futbolçu, ən yaxşı oyunqurucusu və bombardir mükafatını qazanan ilk oyunçudur.


Mersisayd təmsilçisi başa çatan mövsümdə Premyer Liqanın qalibi olub. Salah mövsümü 29 qol və 18 məhsuldar ötürmə ilə başa vurub.