
Salah neçə kubok istəyir?
- 11 Apr 2022 14:45
- 456
"Liverpul"un hücumçusu Məhəmməd Salah komandasının bu mövsüm üçün planlarından danışıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, o deyib: “Bu mövsüm 4 kubokun hamısını qazanmağımızı istəyirəm. Əvvəllər bunu edə bilməmişik, amma bu mövsüm əla formada olduğumuz üçün belə nailiyyətə yaxınıq. Ardıcıl 10 Premyer Liqa qələbəmiz var, yaxşı irəliləyirik. Ümid edirəm ki, çempionluq üçün "Mançester Siti"yə qalib gələ bilərik. Bu andan həzz almalı və hər şeyi qazanmağa çalışmalıyıq".
Qeyd edək ki, Çempionlar Liqası, İngiltərə kuboku, İngiltərə liqa kubokunda mübarizəni davam etdirən "Liverpul" İngiltərə Premyer Liqasında lider "Mançester Siti"dən cəmi 1 xal geri qalır.